Bizi sosial şəbəkələrdən izləyin:
Ağdamda 5.2 maqnitudalı zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də, 52 km dərinlikdə qeydə alınıb.
Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Bərdə, Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ və başqa ətraf rayonlarda da hiss olunub.