Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər ağır xəsarət alıb
1924
03 Sep 2023 | 09:51

Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər ağır xəsarət alıb

Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər ağır xəsarət alıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Şah İsmayıl Xətai prospektində idarəetmədən çıxaraq yol kənarındakı dəmir darvazaya çırpılıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1995-ci il təvəllüdlü Sadiqi Elvin və onun həmyaşıdı Qurbanov Şamxal müxtəlif bədən xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş.Qurbanovun boyun fəqərələri, E.Saqidinin isə qabırğaları sınıb. Hər iki şəxsin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər