Sel Şəkinin Cəyirli kəndini viran qoydu - VİDEO
2082
01 Sep 2023 | 12:54

Sel Şəkinin Cəyirli kəndini viran qoydu - VİDEO

Aramsız yağan yağışlar və sel Şəkinin Əlican çayı ətrafında yerləşən Cəyirli kəndində fəsadlara səbəb olub.

Belə ki, dərələrdən gələn yağış suları kənddə əksər həyətlərə, zirzəmilərə və yaşayış evlərinə dolaraq sakinlərə ciddi ziyan vurub.

Kənd icra nümayəndəsinin müavini Fərzalı İsmayılovun sözlərinə görə, ərazidə 120-dən çox evə ziyan dəyib.

“5 km-dən artıq kəndarası yol dağılıb. 500-dən çox quş, 10-a yaxın xırdabuynuzlu heyvan məhv olub”, - deyə o əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Link kopyalandı!
Son xəbərlər