Sumqayıtda kafedə yanğın olub
1890
14 Aug 2023 | 10:20

Sumqayıtda kafedə yanğın olub

Sumqayıtda kafedə yanğın olub.

“Report”un yerli bürosunun xəbərinə görə, hadisə şəhərin 9-cu mikrorayonundə yerləşən “Zirvə” kafesində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, ətraf obyektlərə keçməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər