Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
1634
29 Jul 2023 | 19:20

Zaqatalada 2 avtomobil toqquşub, xəsarət alanlar var

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.

VAZ-2106 və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qız Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər