03:17
24°C
Bakı
Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ-2106 və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Sənan Səməd oğlu Mahmudov və 1985-ci il təvəllüdlü Günel Ramazan qız Sofiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.