Cəlilabadda avtomobil motosikletlə toqquşub, sürücü şok vəziyyətindədir
1491
23 Jul 2023 | 10:20

Cəlilabadda avtomobil motosikletlə toqquşub, sürücü şok vəziyyətindədir

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Qəza rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı minik avtomobili motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 1985-ci il təvəllüdlü Əhliman Tağıyev ağır bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Hazırda Ə. Tağıyev travmatik şok vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər