Hindarxda ölümlə nəticələnən yol qəzası olub
1571
07 Jul 2023 | 19:15

Hindarxda ölümlə nəticələnən yol qəzası olub

Hindarx qəsəbəsində ölümlə nəticələnən yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər