Külli miqdarda aksiz markasız siqaret aşkarlandı
Hadisə
2909
10 Jun 2023 | 16:00

Külli miqdarda aksiz markasız siqaret aşkarlandı

Aksiz markasız külli miqdarda tütün məmulatları aşkarlanıb.

Bu barədə Moderator.az-a DGK-dan məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda - 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub. 
 
Hazırda faktla bağlı araşdırma aparılır.  
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər