Bakıda avtomobil aşıb: sürücü ölüb, qardaşı xəsarət alıb
Hadisə
3561
05 Jun 2023 | 09:30

Bakıda avtomobil aşıb: sürücü ölüb, qardaşı xəsarət alıb

Bakıda avtomobilin aşması nəticəsində sürücü ölüb, qardaşı xəsarət alıb.

Hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər