İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
2818
03 Jun 2023 | 08:17

İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

İranda casus kimi həbs edilən Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin anası danışıb.

Dilarə Əsgərova bildirib ki, martın 4-dən etibarən oğlundan xəbər ala bilməyib:

“Mart ayında İrana gedərək orada vəkil tutdum. Polis idarələrinə getdikdə mənə bildirdilər ki, Fəridin adı həbs olunanların siyahısında yoxdur. Daha sonra məhkəməyə müraciət etdik. İyunun 1-də Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib”.

Telegram
Dəqiq xəbəri bizdən alın! Hadisələri anında izləyin!
Keçid et
Link kopyalandı!
Son xəbərlər