Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub
3327
27 May 2023 | 18:30

Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub

Tərtərdə partlayışda xəsarət alan şəxsin barmaqları amputasiya olunub.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər