“Sürücü Araz Haşımov idarə etdiyi “Toyota” markalı avtomobillə geriyə doğru hərəkət edərkən 1988-ci il təvəllüdlü qadını vurub”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.
O qeyd edib ki, piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertizalar təyin olunub və hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
15:46
Oğuz rayonunda avtomobili geriyə hərəkət etdirən sürücü piyadanı vurub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavanşir küçəsində baş verib.
Belə ki, geriyə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.
Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Həmin hadisənin görüntüləri təqdim edirik: