Bakıda 23 yaşlı qız estetik əməliyyatdan sonra komaya düşüb öldü
Hadisə
3106
06 May 2023 | 21:50

Bakıda 23 yaşlı qız estetik əməliyyatdan sonra komaya düşüb öldü

Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

Bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq, dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki “Medicare” özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər