Astarada sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB + FOTO
Hadisə
3662
03 May 2023 | 15:55

Astarada sabiq bələdiyyə sədrinin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB + FOTO

Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
 
15.45
 
Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.
 
İki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
 
Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.
 
Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
12.52
 
Astarada itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.
 
“Report”un Cənub bürosunun məlumatına görə, rayonun Dirya kənd sakini Eynəli Cəlal oğlu Əzizovun meyiti Şümrüd kəndinin ərazisində aşkarlanıb
 
Onun üzərində çoxsaylı kəsici-deşici alətlərin izləri müşahidə olunub.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
12.46
 
Astarada itkin düşən şəxsin meyiti tapılıb.
 
“Report”un Cənub bürosunun məlumatına görə, rayonun Dirya kənd sakini Eynəli Cəlal oğlu Əzizovun meyiti rayon ərazisində aşkarlanıb.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
12.05
 
Astarada 54 yaşlı kişi itkin düşüb.
 
Hadisə mayın 1-də rayonun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kəndində qeydə alınıb.
 
Belə ki, həmin kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Daha sonra onun yaxınları polisə müraciət ediblər.
 
Hazırda E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər