Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
3402
19 Apr 2023 | 19:40

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən "VAZ-21099" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-21011" markalı avtomobil toqquşub.

Şahidlərin bildirdiyinə görə, qəza zamanı "VAZ-21099" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilir. Hazırda qəzanın səbəbləri, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər