Bakı küçələrində dəniz effekti - VİDEO
Hadisə
3324
01 Apr 2023 | 13:27

Bakı küçələrində dəniz effekti - VİDEO

Ötən gündən fasilələrlə davam edən yağış paytaxtın müxtəlif küçə və prospektlərində, ticarət obyektlərinin yerləşdiyi ərazilərdə yenidən böyük gölməçələrin yaranmasına səbəb olub.
 
Belə ki, yollara dolan su sürücülərin və piyadaların hərəkətinə çətinlik yaradıb.
 
Ramana qəsəbəsində qeydə alınan görüntülər vəziyyətin nə yerdə olduğunu aydın şəkildə göstərir.
 
Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, ötən gecə intensiv yağan yağışların miqdarı çox olduğundan, eyni zamanda, Bakıxanov, Sabunçu və Zabrat qəsəbələrinin bir hissəsi istisna olmaqla, rayonun digər yaşayış məntəqələrində, eləcə də Ramana qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından bir neçə ünvanda yağış sularının hər hansı bir istiqamətdə axıdılmasında çətinliklər yaranıb:
 
“Qeyd olunan problemin həlli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə aid olmasa da, müvafiq qurumların əməkdaşları tərəfindən ötən gecədən başlayaraq, səhərə qədər kritik ərazilərdə daxili imkanlar hesabına əlavə motor qurğuları quraşdırılıb və çirkab su daşıyan avtomobillər vasitəsilə suların kənarlaşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Hazırda işlər davam etdirilir, iki-üç saat ərzində həmin ərazilərdən yağış sularının tam şəkildə kənarlaşdırılması başa çatdırılacaq”. 

 

Link kopyalandı!
Son xəbərlər