Bakıda ev yanıb, xəsarət alan var
Hadisə
2681
12 Nov 2014 | 23:33

Bakıda ev yanıb, xəsarət alan var

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Moderator.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı ev sahibi yanıq xəsarəti ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə aparılıb.
 
Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Link kopyalandı!
Son xəbərlər