FHN: Naxçıvanda baş verən qəzada 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb
2640
11 Mar 2023 | 09:11

FHN: Naxçıvanda baş verən qəzada 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi, xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib", - deyə qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər