Şanlıurfada binada dəhşətli partlayış: Ölənlər və yaralananlar var - FOTO/VİDEO
Hadisə
3523
20 Feb 2023 | 15:35

Şanlıurfada binada dəhşətli partlayış: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Türkiyənin Şanlıurfa şəhərində binada partlayış olub. Hadisə nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
 
İlkin ehtimallara görə, faciəyə səbəb təbii qaz sızması olub.
 
Partlayış nəticəsində binaya ciddi ziyan dəyib. Hər ehtimala qarşı sakinlər təxliyə ediliblər.
 
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər