Masallıda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
3833
19 Feb 2023 | 18:04

Masallıda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Masallıda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Masallı rayon Mərkəzi Xəstəxanasına 7 yaralı daxil olub.

Qəzada xəsarət alan 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərli, 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılov, 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynova, 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzov, 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayeva, 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzli və 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzlinin vəziyyəti stabildir.

Qeyd edək ki, yaralı Kamal Təhməzov Yardımlı Təhsil idarəsinin sektor müdiridir. O ailəsi ilə birlikdə qəzaya düşüb.

 

***

saat 16.10

Daxili İşlər Nazirliyi Masallıda baş verən qəza ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 15.13

Masallıda iki avtomobil toqquşub.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt - Astara magistralının Masallı rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar təcili olaraq Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-2 Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər