Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb
4197
08 Feb 2023 | 19:25

Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb

Göyçayda sürücü sükan arxasında ürəktutmadan ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, bu gün saat 15 radələrində 1968-ci il təvəllüdlü Fəxrəddin Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən ilkin ehtimala əsasən ürəktutmadan ölüb və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə dəyib.

Zərbənin təsirindən “VAZ-2107”dəki qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər