Türkiyəli baş məşqçinin həyat yoldaşı ağlayaraq kömək istədi:
4465
06 Feb 2023 | 16:29

Türkiyəli baş məşqçinin həyat yoldaşı ağlayaraq kömək istədi: "Vəziyyət faciəvidir" - VİDEO

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra Hatay təmsilçisinin baş məşqçisi Volkan Dəmirəlin həyat yoldaşı Zeynep Dəmirəl də insanları köməyə çağırıb. 
 
Sosial media hesabında video paylaşaraq dostlarını köməyə çağıran Zeynep Dəmirəl dağıntılar altında bir çox tanışının da olduğunu bildirib. 
 
Ağlayaraq kömək istəyən Zeynep Dəmirəl bunları deyib: "Burada vəziyyətlər çox pisdir. Dağıntılar altından dostlarımız çıxır, lakin hələ də dağıntılar altında qalan tanışlarımız var. Ümumiyyətlə Hatayda vəziyyət faciəvidir. Xəstəxanalar, təcili yardım maşınları və s. çatmır. Heç bir şəkildə kömək yetərli deyil. Yardım ən qısa zamanda bura gəlməlidir. Çünki hər şey çox pisdir. Bir şey etmək lazımdır, xahiş edirəm kömək edin". /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər