Bakıda mağazaları qarət edən qadın ələ keçdi - VİDEO
Hadisə
3441
03 Feb 2023 | 16:48

Bakıda mağazaları qarət edən qadın ələ keçdi - VİDEO

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub. 
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.
 
Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.
 
Araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər