Bakıda ofisə basqın edən şəxs polis rəisinin qardaşı imiş - YENİLƏNİB
Hadisə
3991
03 Feb 2023 | 16:47

Bakıda ofisə basqın edən şəxs polis rəisinin qardaşı imiş - YENİLƏNİB

Bakıda obyektə basqın edən şəxs polis rəisinin qardaşı olub. 
 
Bununla bağlı Teleqraf.com məlumat yayıb. 
 
Bildirilib ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində fevralın 1-də, gecə saatlarında baş verib. 
 
Belə ki, Samir Qarayev dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
 
Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşıdır.
 
İstintaq davam edir.
 
14:34
 
Bakıda ofisə basqın edilib.
 
Hadisə paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.
 
Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşlarının gördükləri tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə - müəyyən olunaraq saxlanılıb.
 
Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.
 
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. /Trend/
 
Link kopyalandı!
Son xəbərlər