Xəzər sahilində yenidən suitilərin kütləvi ölümü aşkarlanıb - VİDEO
3693
21 Jan 2023 | 14:33

Xəzər sahilində yenidən suitilərin kütləvi ölümü aşkarlanıb - VİDEO

Xəzər dənizinin Dağıstan sahillərində yenidən suitilərin kütləvi ölümü aşkarlanıb.
 
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
 
Bildirilir ki, bir neçə gün ərzində tapılan cəsədlərinin sayı 50-ni keçib. İlkin ehtimallara görə, “Qırmızı Kitab”a düşən bu heyvanların ölümü yoluxucu xəstəliklər və viruslarla əlaqəlidir.
 
Qeyd edək ki, daha əvvəllər də Xəzər sahilində ölü suitilər aşkarlanıb.

Link kopyalandı!
Son xəbərlər