Göygöldə avtomobil qəzası olub, iki qadın xəsarət alıb
Hadisə
3331
18 Jan 2023 | 20:08

Göygöldə avtomobil qəzası olub, iki qadın xəsarət alıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb, iki qadın xəsarət alıb.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl rayon Hacıməlik qəsəbəsində baş verib.
 
Avtomobil qəzası nəticəsində 1968-ci il təvəllüdlü Tamaşa Məhərrəmova və 1981-ci il təvəllüdlü Səmiyə Salmanova xəsarət alıb.
 
Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər