Goranboyda qumbaraatan tapıldı - FOTO
3262
17 Jan 2023 | 14:20

Goranboyda qumbaraatan tapıldı - FOTO

Goranboyda qumbaraatan tapılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torbaya bükülmüş 1 ədəd “RPQ-7H2” tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər