Bakıda mağazada qadının 6800 manatı oğurlanıb
3470
13 Jan 2023 | 15:45

Bakıda mağazada qadının 6800 manatı oğurlanıb

Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakininin içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
 
DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər