XİN-in Naxçıvan İdarəsi LƏĞV EDİLMƏYİB
701
02 Dec 2025 | 21:09

XİN-in Naxçıvan İdarəsi LƏĞV EDİLMƏYİB

Bu gün bir sıra saytlarda Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, Media25-ə Naxçıvandakı rəsmi mənbələrdən aydınlaşdırıb ki, hər hansı bir ləğvdən söhbət getmir, əksinə, qurum əməkdaşlarının təminatları daha da yaxşılaşdırılıb, maaşları artırılıb.
 

Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının 3.3-cü bəndinin icrası təmin edib.


Yeni qərara əsasən Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında İdarəsinin rəisi XİN-in kollegiya üzvlərinin siyahısına daxil edilib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər