Baş məşqçi Həşimovdur, komandanı oyuna çıxaran isə Məmmədov
375
29 Nov 2025 | 18:46

Baş məşqçi Həşimovdur, komandanı oyuna çıxaran isə Məmmədov

“Karvan-Yevlax”ı bu gün Misli Premyer Liqasının 13-cü turunda "Qarabağ"la oyuna yeni məşqçi çıxarıb.

Bizim.Media xəbər verir ki, bu, son iş yeri “Mingəçevir” olmuş Füzuli Məmmədovdur.

Onun adı matçın rəsmi protokulunda baş məşqçinin köməkçisi kimi qeyd edilib. Amma Füzuli Məmmədov de-fakto elə baş məşqçidir.

Hüquqi olaraq isə “Karvan-Yevlax”ın baş məşqçisi hələ də Azər Həşimovdur. O, əslində istefayaya göndərilib, amma Yevlax klubu müqaviləyə xitam verə bilmədiyi üçün Həşimov de-yure indi də komandanın baş məşqçisidir.

Qeyd edək ki, Azər Həşimovla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilməlidir. Əks halda klub ona təzminat ödəməlidir.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər