Müğənni Nəfəsin “Range Rover”indən külli miqdarda pul oğurlayan şəxs tutuldu
2929
02 Jan 2023 | 12:16

Müğənni Nəfəsin “Range Rover”indən külli miqdarda pul oğurlayan şəxs tutuldu

Bakıda maşından pul oğurlayan şəxs saxlanıb.
 
Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub. 
 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.
 
Qeyd edək ki, pul tanınmış müğənni Nəfəsin maşınından oğurlanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər