Bakıda dəhşətli qəzada ölən 5 nəfərin kimliyi AÇIQLANDI -xa0YENİLƏNİB + FOTO/ VİDEO
Hadisə
3700
01 Jan 2023 | 17:05

Bakıda dəhşətli qəzada ölən 5 nəfərin kimliyi AÇIQLANDI -xa0YENİLƏNİB + FOTO/ VİDEO

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin kimliyi məlum olub.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. 
 
Məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib. 
 
Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir. 
 
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır. 
 
16:34
 
Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı beş nəfərə çatıb. 
 
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. 
 
15:55
 
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən verilən məlumata görə, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
 
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
14:39
 
Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib. 
 
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".
 
13:11
 
Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.
 
Hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
13:07
 
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report"un məlumatına görə, hadisə "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.
 
İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.

 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər