“Qobu Park-2”də binada yanğın başlayıb - VİDEO
Hadisə
3114
10 Dec 2022 | 10:57

“Qobu Park-2”də binada yanğın başlayıb - VİDEO

“Qobu Park-2”də yaşayış kompleksində binada yanğın başlayıb. 
 
Yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb. Alov binanın 3-cü mərtəbəsində başlayıb. Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır. 
 
Yanğın zamanı bir nəfər sakinin zəhərləndiyi bildirilir.
 
İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan yaranıb. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər