Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb
Hadisə
3040
31 Oct 2022 | 10:03

Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb

Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər