Kürdəmirdə avtomobil bir neçə dəfə aşıb, xəsarət alan var
Hadisə
3187
15 Oct 2022 | 11:39

Kürdəmirdə avtomobil bir neçə dəfə aşıb, xəsarət alan var

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb, xəsarət alan var.
 
Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, "VAZ-21015" markalı avtomobilin sürücüsü - 30 yaşlı Alıyev Rahim Cəsarət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Fakt bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər