Lənkəranda avtomobil 200 metrdən aşıb, ata və oğul ağır xəsarət alıb
3253
09 Oct 2022 | 17:07

Lənkəranda avtomobil 200 metrdən aşıb, ata və oğul ağır xəsarət alıb

Lənkəranın Osaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıblar.
 
1969-cu il təvəllüdlü, Lənkəran rayonu, Günəhir kənd sakini Malik Qubad oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq 200 metr hündürlükdən dərəyə aşıb.
 
Nəticədə sürücü və oğlu 1996-cı il təvəllüdlü Ehtiram Malik oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sakinlərin köməyi ilə xilas edilən yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.
 
Qeyd edək ki, xəsarət alan ata və oğulun hər ikisi kənd məktəbinin müəllimləridir.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər