Zaxarovanın
Hadisə
14210
22 Aug 2021 | 14:51

Zaxarovanın "suveren hüquq" nağılına tərs şillə: "Türkiyə və Pakistan ordularını dəvət edək" - VİDEO

Tanınmış ermənişünas alim, professor Qafar Çaxmaqlı Rusiyanın fitnəkar ermənipərəst "suveren hüquq" nağıllarına Moderator.az-a açıqlamasında maraqlı şərh verərək ilginc təkliflə çıxış edib:
 
"Rusiya rəsmisi Zaxarovanın açıqlamasında Ermənistanın silahlandırılmasında Rusiyanın açıq mövqeyi əks olunub. "Balans yaratmaq" deyəndə o nəyi nəzərdə tutur? Ermənistanın Rusiya üçün belə önəmli olması siyasi manevr filan deyil, baş verənlər Rusiyanın məqsədli şəkildə yürütdüyü antiAzərbaycan siyasətidir.  Təbii ki, Rusiyanın bu hərəkəti onun suveten haqqı hesab oluna bilər. Amma o bölgədə guya sülhməramlı missiya yerinə yetirirsə, o zaman belə bir siyasət apara bilməz. Belə halda Azərbaycan da suverenliyini təmin etmək üçün müəyyən addımlar ata bilər. Rusiyanın Ermənistana açıq dəstəyinin qarşısını almaq üçün Türkiyə və Pakistan ordularını öz ərazisinə dəvət edə bilər.  Bu, Şuşa və Bakı bəyannamələrinə tam uyğun olardı. Suveren haqqımızdan istifadə edib Türkiyə və Pakistanı dəvət etməliyik. Azərbaycanın təhlükəsizliyi üçün qarant bu addım ola bilər".

 

 
Link kopyalandı!
Son xəbərlər