Bərdədə ayağında diabetik qanqrena olan xəstə intihara cəhd etdi, son anda xilas edildi...
Hadisə
5240
10 Sep 2020 | 13:45

Bərdədə ayağında diabetik qanqrena olan xəstə intihara cəhd etdi, son anda xilas edildi...

Moderator.az-a rayondakı mənbələrimizdən daxil olan məlumata görə bu gün səhər saatlarında Bərdə şəhərində bir hadisə baş verib. 

Belə ki, çoxsaylı xəstəliklərdən əziyyət çəkən Nəsirov İlham Cavanşir oğlu sağ ayağındakı diabetik qanqrenadan sonra həkimlərin amputasiya edilməsi zərurətini deməsindən depressiyaya düşərək özünə qəsd etmək istəyib. 

O, Heydər Əliyev prospektində özünü yandırmaq istəyərkən ətrafdakı adamların müdaxiləsi ilə buna imkan verilməyib. 

Bildirilir ki, ayda 233 manat təqaüd alan ikinci qrup əlil olan İlham Nəsirovun xəstəlikdən dolayı son zamanlar əsəbləri də pozulubmuş və psixi durumu qaydasında deyilmiş. Ayağının amputasiya olunacağı ehtimalındansa tamamilə şoka düşərək özünə qəsd etmək istəyib. 

Əldə etdiyimiz son məlumata görə İ. Nəsirovun vəziyyəti normaldır və həyatına heç bir təhlükə yoxdur. 
Link kopyalandı!
Son xəbərlər