Mələkxanım Əyyubovanın bacısını işdən çıxardılar...
Hadisə
12852
14 Feb 2016 | 22:51

Mələkxanım Əyyubovanın bacısını işdən çıxardılar...

Moderator.az-ın poçtuna aşağıdakı məzmunda ilginc şikayət məktubu daxil olub:

"Mən Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsində adi işçiyəm. Bu yaxınlarda şöbəmizin müdiri Məleykə Kamilova Şamaxı İcra Hakimiyyəti  tərəfindən işdən çıxarılıb. Səbəb isə onlara rüşvət verməməsidir. Nazir Əbülfəz Qarayev onu işdə saxlamaq istəsə də İcra Hakimiyyəti buna razı olmayıb. Məleykə xanım həmişə öz işinin öhdəsindən layiqincə gəlib. Bizim kollektiv onun məhz bu məsələyə görə, yəni rüşvət vermədiyi üçün işdən çıxarılması ilə heç cür barışa bilmir.

Məleykə xanım xalq artisti Mələkxanım Əyyubovanın bacısı, müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.

Məsələni zəng edib dəqiqləşdirə bilərsiniz. Mədəniyyət şöbəsinin nömrələri - (0 2026) 5-31-48 və 020-26-5-28-41 Düzdür, zəng vursanız da rüşvət məsələsini ola bilsin boyunlarına almayacaqlar, amma bu 100 fazi dəqiq məsələdir."

Redaksiyadan: Biz sadəcə şikayət məktubunu ictimailəşdirərək müvafiq qurumların müdaxiləsinə zəmin hazırlayırıq. Bununla da prezidentin çağırışına səs verdiyimizi, paytaxtdakı və əyalətlərdəki məmur özbaşınalığı barədə siqnalları üzə çıxardığımızı ortaya qoyuruq. Bu iddiaların nə qədər həqiqəti əks etdirdiyini yoxlamaq bizim işimiz deyil, prezidentin söylədiyi kimi, xalqın xidmətçisi olmaqdan qürur duyan səlahiyyət sahiblərinin borcu, vəzifəsidir. Buyursunlar, həqiqəti üzə çıxarıb ictimaiyyətə məlumat versinlər...
Mövzunu diuqqətdə saxlayacağıq...
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər