Gəncədə bıçaqlanan kişi xəstəxanada ölüb -YENİLƏNİB
Hadisə
1690
11 Oct 2026 | 22:45

Gəncədə bıçaqlanan kişi xəstəxanada ölüb -YENİLƏNİB

Gəncədə xəstəxanada ölən şəxslə bağlı bəzi təfərrüatlar bilinib - Atası şübhəli bilinir

Moderator.az xəbər verir ki,1990 - cı il təvəllüdlü Röyal Həsənovun ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. 36 yaşlı şəxsi onun atası bıçaqlayıb. R. Həsənov Gəncə Birləşmiş Xəstəxanasının nəznində olan  Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

22:29

Gəncədə bıçaqlanma hadisəsi baş verib, bir nəfər həyatını itirib.

Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər