Gəncədə 28 yaşlı kişi bıçaqlandı
Hadisə
1401
04 Oct 2026 | 08:12

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü T.Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
 
Məlumata görə, T.Məmmədov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 
Əraziyə polis əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər