İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Hadisə
1437
14 Sep 2026 | 21:41

İrandan külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Moderator.az Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İrandan Azərbaycana paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər