Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
1403
09 Sep 2026 | 21:30

Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib

Azərbaycan Dövlət Teleradiosunda müxtəlif məsul vəzifələrdə çalışmış veteran jurnalist, Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı 88 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə APA-ya xalq artisti Əli Məhəmmədoğlu məlumat verib.

Qeyd edək ki, Zöhrab Zeynallı 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Zöhrab Zeynallı 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışıb. O, “Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xatırladaq ki, Zöhrab Zeynallı görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun qardaşıdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər