Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub
Hadisə
1337
03 Sep 2026 | 17:51

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində sentyabrın 2-də gecə saatlarında yanğın baş verib, oğurluğa cəhd olub.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyən olunaraq saxlanılıblar.

Qeyd edək ki, yanğın hadisəsinin də məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi səbəbindən baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər