BƏƏ-dən gələn iki nəfərdə brilyant qaşlar aşkar edildi
Hadisə
1356
03 Sep 2026 | 11:35

BƏƏ-dən gələn iki nəfərdə brilyant qaşlar aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.
 
Moderator.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
 
Məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan Respublikası vətəndaşı gömrük yoxlamasına cəlb edilib.
 
Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.
 
Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır (dəyəri 3 milyon manat).
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər