Ağır qəza oldu - Xəsarət alanlar var
Hadisə
1435
02 Sep 2026 | 22:10

Ağır qəza oldu - Xəsarət alanlar var

Goranboyda qəza olub, iki qardaş xəsarət alıb.

Hadisə rayonun Goran yolu adlanan ərazində qeydə alınıb.  

Zeyvə kənd sakini 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi  "VAZ 2106"  markalı avtomobil 1987-ci il təvəllüdlü Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Hadisə nəticəsində N. Kərimov və onun qardaşı 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  

Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma başlanılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər