Ağdaşda VAZ su kanalına düşdü
1376
15 Aug 2026 | 15:34

Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb.
 
Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırmalar aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər