Mağazadan oğurluq edən şəxs saxlanıldı
1373
15 Aug 2026 | 15:22

Mağazadan oğurluq edən şəxs saxlanıldı

Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı F.Əliyev saxlanılıb.
 
Araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazada satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1500 manata yaxın maddi ziyan vurduğu məlum olub.
 
Araşdırmalar davam etdirilir.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər