Sumqayıtda restorandan oğurluq edən, moped və motosiklet qaçıran şəxslər saxlanıldı
1386
13 Aug 2026 | 12:17

Sumqayıtda restorandan oğurluq edən, moped və motosiklet qaçıran şəxslər saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən restoranların birindən zərərçəkənə məxsus içərisində pul, bank kartları və digər şəxsi əşyalar olan çanta oğurlanıb.
 
Bu barədə Moderatoraz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı E.Nuruzadə müəyyən edilərək saxlanılıb.
 
Şəhər ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə 450 manat dəyərində moped və 1500 manat dəyərində “Tufan” markalı motosikleti oğurlamaqda şübhəli bilinən S.Əliyev və N.Əlizadə də müəyyən olunaraq saxlanılıblar.
 
Araşdırmalar davam etdirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər